“Kəpəz” gürcü yarımmüdafiəçi gətirdi
- 18:40
- 36
“Kəpəz” qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, bu, gürcüstanlı Rati Ardazişvilidir.
26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Onunla "6 ay + 1 il" müddətinə müqavilə bağlanıb.
Ratinin son klubu vətənində "Samtredia" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb.