“Kəpəz” hazırlığa start verdi
- 04 Yan 2024 20:20
- 280
“Kəpəz”in üzvləri üçün qış istirahəti başa çatıb.
Rekord.az xəbər verir ki, məşqçilər korpusu və futbolçular Gəncədə bir araya gəliblər.
"Sarı-göylər" çempionatın ikinci hissəsinə Nizami yurdunda hazırlaşacaqlar.
İlk məşq prosesi əsasən ümumi dözümlülüyün artırılması istiqamətində olub. 30-a yaxın azarkeşin də izlədiyi hazırlıq yüngül qaçışla başlayıb. Daha sonra futbolçular məşqçilərin verdiyi digər tapşırıqlarla çalışıblar.