![photo](https://www.rekord.az/storage/uploads/5/yasar-vahabzade.jpg)
"Kəpəz" I Divizionda, Yaşar Vahabzadə isə "Kəpəz"də qalacaq?
- 02 Apr 2021 15:00
- 859
"Kəpəz"ə yeni sponsorun gələcəyi haqda məlumatlar yayılsa da, bundan bir yəqin hasil olmadı. Nə sponsordan səs-soraq çıxdı, nə də həmin sponsoru tapan Mehman Allahverdiyevdən.
Rekord.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi böyük ehtimalla yenidən AFFA-nın himayəsində qalacaq.
Komandanın Premyer Liqaya gəlmək şansı da çox azdır. Çünki federasiya rəhbərliyi öz siyasətinə sadiq qalaraq yüksək liqada 8 komanda saxlamaqda qərarlıdır. Bu mənada "Kəpəz", "Turan Tovuz", "Zaqatala" və digər komandalar yəqin ki, növbəti mövsümdə də I Divizionda mübarizə aparacaq. O ki qaldı baş məşqçi məsələsinə, AFFA rəhbərliyi, konkret olaraq icraçı vitse-prezident Elxan Məmmədov hazırkı baş məşqçi Yaşar Vahabzadəni postunda saxlayacaq.