“Kəpəz” müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşmanı yeniləməyib.

Rekord.az xəbər verir ki, hər iki legioner komandanı tərk edib. 

Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə "sarı-göylər"in şərəfini qoruyub. Adama isə yalnız sonuncu çempionatda "Kəpəz"də çıxış edib.

Klub xidmətlərinə görə bu futbolçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.