“Kəpəz” milli komandaya qalib gəldi
- 14 Mar 2021 20:58
- 616
Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Birinci Divizion təmsilçisi “Kəpəz”lə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.
Gəncədə reallaşan oyunda "sarı-göylər"in qələbə qoluna ikinci hissənin əvvəlində Novruz Məmmədov imza atıb.