
“Kəpəz” “Neftçi”yə qalib gəldi
- 05 Mar 2025 18:55
- 71
Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Kəpəz” Tovuzda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Bakılılar növbəti qələbə arzusunda olsalar da, Gəncə təmsilçisi də üç oyunluq qələbə həsrətinə son qoymaq istəyirdi. Görüşün yekununda 3 xalı bayram edən tərəf məhz "Kəpəz" olub.
Turun əvvəlki oyunlarında “Sabah”la “Araz-Naxçıvan” “sülh bağlayıblar”sa (2:2), “Səbail” “Şamaxı”ya, “Sumqayıt” “Qarabağ”a, “Turan Tovuz” da “Zirə”yə oxşar hesabla (0:2) uduzub.
Misli Premyer Liqası
25-ci tur
5 mart
“Kəpəz” – “Neftçi” 1:0
Qol: Şevroni Mabatşoev, 50.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
Tovuz şəhər stadionu, 17:00.
Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhaqyar, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.
Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.