![photo](https://www.rekord.az/storage/uploads/5/kepez2022-4.jpg)
"Kəpəz" ölkə xaricinə yollanmayacaq: Gəncə - Bakı - Gəncə
- 02 İyl 2023 23:05
- 594
"Kəpəz"in yay hazırlıq planı məlum olub.
Komandanın baş məşqçisi Azər Məmmədovun Rekord.az-a verdiyi açıqlamaya görə, hazırda Gəncədə məşqlərini davam etdirən komanda iyulun 7-də "Səbail"lə yoxlama görüşü keçirmək üçün Bakıya gələcək.
Daha sonra Gəncəyə qayıdıb hazırlığın ilkin mərhələsini doğma şəhərində davam etdirəcək. İyulun 13-də isə komanda yenidən Bakıya, təlim-məşq toplamışıma gələcək. İyulun 14-də "Zirə" ilə növbəti yoxlama matçı nəzərdə tutulub. Toplanışın ikinci mərhələsini Bakıda keçirəcək Gəncə təmsilçisi iyulun sonunda yenidən Gəncəyə qayıdıb yeni mövsümün son hazırlıqlarına start verəcək.