Həftəsonu "Araz Naxçıvan" Premyer Liqanın 6-cı turu çərçivəsində "Kəpəz"i qəbul edəcək.

Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu oyuna baş məşqçisiz çıxacaq.

"Neftçi" ilə oyunda cəzalanan baş məşqçi Elmar Baxşıyevin cəzası hələ də davam edir. O yalnız 7-ci turdan etibarən ehtiyat oyunçular skamyasında yer ala biləcək.