"Kəpəz"in kapitanı Yeqor Xvalko daha 1 mövsüm Gəncə klubunda qala bilər.

Rekord.az xəbər verir ki, bununla bağlı belaruslu futbolçu ilə klub rəhbərliyi arasında ilkin danışıq və razılıq da olub. 

Belə ki, "Kəpəz" Premyer Liqada qalsa, Xvalko "Kəpəz"lə yeni müqavilə imzalayacaq. Müdafiəçinin maaşında artım da gözlənilir.