"Kəpəz"in növbəti mövsümdən Premyer Liqada oynayacağı hələ də müzakirə mövzusudur. AFFA komanda sayını artırmaq üzərində baş sındırır ki, maliyyə olsa bunu reallaşdırmaq istəyir. Belə olan halda "Kəpəz" elitaya gəlməyə ən real namizəddir.

Rekord.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi Premyer Liqaya gətirilsə, böyük ehtimalla baş məşqçi postunda da dəyişiklik olacaq.

Bizə daxil olan məlumata görə, AFFA "Kəpəz"i Mahmud Qurbanova tapşırmaq istəyir. Təbii ki, bunun üçün Gəncə təmsilçisinin eliaya gəlişi təsdiqlənməlidir