![photo](https://www.rekord.az/storage/uploads/5/3ff492de-a00d-32d0-922d-5a70419e081a-850.jpg)
“Kəpəz” qanalı futbolçu ilə müqavilə bağlayıb, icarəyə verdi
- 06 Sen 2023 17:21
- 309
“Kəpəz” qanalı futbolçu Ezekiel Morqanı transfer edib.
Rekord.az klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi gəncəlilərlə 2+1 illik müqavilə bağlayıb.
Ancaq o, bu mövsüm bölgə təmsilçisində çıxış etməyəcək. Çünki Morqan I Liqa klubu “İmişli”yə icarəyə verilib.
Qeyd edək ki, Ezekiel Morqanın sonuncu klubu ölkəsində “Tudu Mayti Gets” olub.