"Kəpəz" rəhbərliyi yaxın günlərdə baş məşqçi Adil Şükürovla görüşəcək.

Rekord.az xəbər verir ki, görüşdə məqsəd baş məşqçini komandada saxlamağa nail olmaqdı.

Belə ki, son günlər yaşanan maddi sıxıntı,sponsor məsələsi ilə bağlı irəliləyişin olmaması, Şükürovun da fikirlərini qarışdırıb və o da bu şərtlər altında qalıb işləmək istəmir. Rəhbərlik də onu fikirindən daşındırmaq istəyir.