“Kəpəz” daha bir futbolçu ilə güclənmək üzrədir.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi “Sabah”dan Samir Məhərrəmlini heyətinə qatmaqda israrlıdır.

Yaşar Vahabzadənin də bəyəndiyi futbolçu daha çox əvəzedici komandada çıxış edib. “Kəpəz” Məhərrəmlini birədəflik transfer etmək istəyir. Alınmasa, icarəyi götürməyi düşünür.