Ötən mövsüm birinci divizionu 7-ci pillədə başa vuran "Kəpəz" heyətini gücləndirib.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi daha 2 futbolçu ilə münasibətləri rəsmiləşdirib.

Ötən mövsümü "Turan Tovuz"da keçirən Nicat Süleymanov və "Neftçi-2"də çıxış edən Vüqar Həsənov "sarı-göylər"ə keçib. Bu məlumatı "Futbol+"ə açıqlamasında klubun baş məşqçisi Yaşar Vahabzadə verib.