"Kəpəz" "Turan Tovuz"la oyuna itkisiz hazırlaşır
- 2022-12-06 13:47
- 335
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində dekabrın 9-da "Turan Tovuz"u qəbul edəcək "Kəpəz" bu oyunun hazırlıqlarını davam etdirir.
Rekord.az-a klubdan verilən məlumata görə, komanda məşqlərini doğma Gəncədə davam etdirir.
Heyətlə bağlı isə hər hansı bir ciddi itki yoxdur və bütün futbolçular hazırlıqlarda iştirak edir.