Azət Bağırovun gəlişindən sonra transfer çalışmalarını artıran "Kəpəz" daha bir futbolçu ilə danışıqlara başlayıb.

Rekord.az-a daxil olan məlumata görə, söhbət Paçu Liradan gedir.

Ötən mövsümü "Turan Tovuz"da keçiriən hücumçu özü də yenidən Azərbaycanda oynamaqda maraqlıdır. Sadəcə, maddi məsələni danışıb razılaşmaq lazımdır. Belə ki, futbolçu klubun təklif etdiyindən bir qədər artıq maaş tələb edir ki, müqavilənin rəsmləşməsini də bu məqam əngəlləyir.