"Kəpəz" klubu yeni mövsümə hazırlıq çərçivəsində "Şamaxı" ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.

Rekord.az xəbər verir ki, qarşılaşma iyulun 14-də baş tutacaq.

Azərbaycan Premyer Liqası təmsilçilərinin Qəbələ şəhər stadionunda keçiriləcək oyunu saat 17:30-da başlayacaq.