![photo](https://www.rekord.az/storage/uploads/4/sahil-1.jpg)
"Kəpəz" və "Şəmkir"in sabiq futbolçusu doğum gününü qeyd etdi FOTO
- 15 İyl 2023 10:00
- 451
Gəncə futbolunun veteranlarından olan Sahil Abdullayev dünən doğum gününü qeyd edib.
Rekord.az xəbər verir ki, Abdullayev 14 iyul 1969-ci ildə Gəncədə anadan olub.
Futbola Yusif Məhərrəmovun rəhbərliyi altında başlayıb. Daha sonra Gəncə futbolunun tanınan simalarından olan Konstantin Abramenkanun (dyadya Kostya) yanında məşqlərini davam etdirib. Karyerası boyunca "Kəpəz", "Şəmkir" və "Dinamo" klublarında forma geyinib.
Qeyd edək ki, 2020-ci 11 oktyabrında Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Sahil bəy də dağıntılar altında qalsa da onu xilas etmək mümkün olmuşdu. Biz də Sahil bəyi təbrik edir, bütün işlərində ona uğurlar arzulayırıq.