Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Sabah" - "Kəpəz" oyununda qonaq komandanın Vətən müharibəsində şəhid olmuş azarkeşi Əmrah Rəcəbov yad olunub.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisinin kapitanı Əli Səmədov matçın start fitindən öncə meydanın mərkəzində "Xəmsə" fan-klubunun üzvünün öz əlləri ilə hazırladığı xüsusi formanı nümayiş etdirib.

Səfərdə 2:1 hesablı qələbə qazanan "Kəpəz" 1/4 finalda "Keşlə"yə rəqib olub.