Qəbələdən də uzaq düşən "Kəpəz" hələ ki, stadion problemini həll etməyib.

Rekord.az xəbər verir ki, komanda növbəti ev oyununu Tovuzda keçirəcək.

Lakin bundan sonrakı ev oyunları ilə bağlı məsələ müəmmadır. Son zamanlar bir neçə stadionun adı hallanır. Yaxın olduğu üçün Yevlax variantını təklif edənlər də var. Hətta yenidənqurmadan sonra boş qalan Quba stadionu da var. Lakin məsələ heç də əksəriyyətin düşündüyü kimi deyil. İlk növbədə stadion PFL tərəfindən qəbul olunmalıdır. Bizim əldə etdiyimiz məlumata görə, "Kəpəz"ə yalnız iki bölgədə ev oyununu keçirmək icazəsi verilib: Tovuz və Şamaxı. Bu rayonlar alınmırsa, komanda Bakıda stadion axtarmalıdır. Lakin Bakıda da boş stadion demək olar ki, yoxdur. Tovuzdakı sıxlığı da nəzərə alsaq, indiki halda daha uyğun olan Şamaxı stadionudur.