Tovuz stadionunun örtüyü dəyişdirilməsə, böyük ehtimalla "Kəpəz" yeni mövsümdən ev oyunlarını yenidən bu rayonda keçirəcək.

Rekord.az-a daxil olan məlumata görə, "Kəpəz" rəhbərliyi Tovuz klubunun rəhbərliyinə şifahi müraciət edib və ilkin razılıq alınıb.

Hazırda "Turan Tovuz" ot örtüyünü dəyişdirməyi üzərinə götürən şirkətin cavabını gözləyir.