Premyer Liqaya vəsiqə qazanan "Kəpəz" stadion problemi ilə üzləşib.

Rekord.az xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu Premyer Liqa oyunları üçün yaramır.

Arenanın təmir olunacağı deyilsə də, bu, hələ ki, reallaşmır. Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. AFFA isə istəyir ki, arena onların balansına verilsin və yalnız bundan sonra təmirə başlasınlar. Nazirlik ki, stadionu federasiyaya peşkəş etmək istəmir. Bu gedişat isə onu göstərir ki, "Kəpəz" yeni mövsümdə ev oyunlarını Gəncədə keçirə bilməyəcək. Komanda ya Bakıya, ya da qonşu şəhərlərdən birinə üz tutmalıdır.