![photo](https://www.rekord.az/storage/uploads/5/latir-fall.jpg)
“Kəpəz” yeni transferini açıqladı
- 22 Avq 2023 13:30
- 532
Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini həll edib.
Rekord.az xəbər verir ki, seneqallı Latir Fal bundan sonra "Kəpəz"in şərəfini qoruyacaq.
Onunla iki illik (1+1) müqavilə imzalanıb. Yarımmüdafiəçi mövqeyində çıxış edən Falın son klubu "Eştrela" (Portuqaliya) olub.