"Kəpəz" aprel ayından etibarən ev oyunlarını yenidən Tovuzda keçirəcək.

Rekord.az xəbər verir ki, Bakıda məskunlaşıb ev oyunlarını Tofiq Bəhramovda keçirməyə məcbur olan Gəncə təmsilçisi maddi baxımdan daha böyük yükün altına girib.

Məhz bu səbəbdən klub rəhbərliyi yenidən "Turan Tovuz" rəhbərliyinə müraciət edib. Tovuzlular isə aprel-may ayları üçün akademiyalarının iş qrafikində müəyyən dəyişikliklər etməklə gəncəlilərinin xahişini yerinə yetirib.

Qeyd edək ki, "Kəpəz" martın 19-da "Qarabağ"ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.