“Kəpəz" yoxlama oyununda “Qəbələ”yə qalib gəldi
- 10 Yan 2024 16:12
- 282
Təlim-məşq toplanışında olan “Qəbələ” ilə “Kəpəz” bu gün yoxlama oyununda qarşılaşıblar.
Rekord.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan matç Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov 13-cü dəqiqədə hesabı açıb. Qonaqlardan Georgi Papunaşvili 25-ci dəqiqədə tarazlığı bərpa edib. "Qəbələ"nin müdafiəçisi Murad Musayev isə 32-ci dəqiqədə avtoqol müəllifi olub.
Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.