Məlum olduğu kimi, "Kəpəz" "Şamaxı"da forma geyinən gəncəlilərdən Əli Səmədovu geri qaytara bilsə də, Zahid Mərdanovla bağlı eyni addımı ata bilmir. 

Rekord.az xəbər verir ki, Mərdanovun qayıdışını qəlizləşdirən məsələ onun müqaviləsinin müddətidir.

Belə ki, Əlinin "Şamaxı" ilə müqaviləsi qışda başa çatırdı. Yəni indi buraxmasaydı belə, qışda müqaviləsi bitən Səmədov avtomatik "Kəpəz"ə qayıdacaqdı. Belə olan halda "Şamaxı" iki şey itirəcəkdi: həm futbolçudan qazanc götürə bilməyəcəkdi, həm də baş məşqçi Vüqar Əsgərlinin oyun planı pozulacaqdı. Buna görə də müəyyən məbləğdə təzminat qarşılığında Əlini buraxdılar. Lakin Zahidin müqaviləsi 1 illikdir və gələn yay başa çatır. Məhz bu səbəbdən ona görə istənilən təzminatın məbləği daha yüksəkdir. "Kəpəz" isə həmin məbləği ödəmək istəmir. Çünki maddi durumu yaxşı deyil.