
“Kəpəz” “Zirə”yə məğlub oldu
- 26 Apr 2025 20:55
- 52
Misli Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Kəpəz” “Zirə” ilə qarşılaşıb. Tovuzda keçirilmiş oyunu Əliyar Ağayev idarə edib. Oyun qonaqların qələbəsiylə yekunlaşıb.
Daha öncə keçirilmiş “Turan Tovuz” – “Şamaxı” oyununda qalib müəyyənləşməyib – 1:1. “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” oyunları sabah, “Sumqayıt” – “Neftçi” görüşü aprelin 28-də keçiriləcək.
Misli Premyer Liqası
32-ci tur
26 aprel
“Kəpəz” – “Zirə” 0:1
Qol: Salifu Suma, 64.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 19:00.
Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 8. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 93. Yelmar Aşurov, 53. Şahmar Aşurov, 48. Ramiz Muradov, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.