"Kəpəz" heyətinə cəlb edəcəyi futbolçularla, xüsusilə də legionerlərlə 1 ildən artıq müqavilə bağlamayacaq.

Rekord.az xəbər verir ki, buna səbəb klubun dayanıqlı maliyyəsinin olmamasıdı.

Çünki klubun sponsoru yoxdur və gözünü dövlətdən gələcək 3 milyon manata dikib. Həmin məbləğ isə illik olduğu üçün klub da hansısa futbolçuya 1 ildən artıq müqavilə təklif edə bilmir.