AFFA-dan maliyələşən "Kəpəz"də məhz maddi durum heç də ürəkaçan deyil.

Rekord.az-a daxil olan məlumata görə burada futbolçulara normal maaş verilmir.

Nisbətən yaşlı və təcrübəlilərin aylıq maaşı 500-600 manat civarındadır. Gəncədə yaşamayan futbolçulara Gəncədə klubun hesabına ev tutulsa da gündəlik yemək xərcini futbolçular özü qarşılayır. 

Gəncəli olan daha gənc futbolçuların alığı isə peşəkar futbolçu üçün qəpik-quruş sayılacaq məbləğdi. Əldə etdiyimiz məlumata görə yerli gənc futbolçulara 150-200 manat maaş verilir. Sonra da deyirlər ki I Divizionda niyə qumar gedir.