Birinci Divizionda mübarizə aparan “Kəpəz” heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. “Kəpəz” 6 oyunçu ilə güclənib.

“Sarı-göylər” qapıçı Elməddin Sultanov, yarımmüdafiəçilər Nicat Məmmədov, Ruslan Süleymanov, Orxan Abdullayev, Nicat Verdiyev və hücumçu Tural Qürbətovu “rənglərinə bağlayıb”. Bu futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.