"Kəpəz" klubla müqaviləsi bitən heç bir futbolçu ilə yeni müqavilə imzalamayıb.

Rekord.az xəbər verir ki, əksər futbolçular, xüsusilə də yerlilərin  çoxu ilə yollar ayrılacaq. 

Komandada qalması ehtimal olunan futbolçularla yeni müqavilə ilə bağlı danışıqların başlanmamasına gəlincə, bu məsələ büdcədən asılı olduğu üçün açıq qalır. Çünki yeni mövsümdən komandanın büdcəsinin nə qədər olacağı, yeni sponsorun komandaya nə qədər vəsait ayıracağı hələlik məlum deyil. Ümumiyyətlə, yeni sponsorun  kimliyinin açıqlanması da yubanır. Məhz bu məsələlər həllini tapandan sonra futbolçularla danışıqlara başlanılacaq.