“Kəpəz” Premyer Liqanın 4-cü turunun "Səbail"lə səfər oyununa itkilərlə çıxacaq.

Rekord.az xəbər verir ki, Gəncə klubunun iki futbolçusu zədəlidir. 

Tural Rzayevlə Rojerio Santos bu oyunu buraxacaq. Sonuncu "Qarabağ"la matçda, Rzayev isə məşq prosesində zədələnib. Bu futbolçuların müalicəsi davam edir.