
“Kəpəz”də iki itki
- 28 Fev 2025 17:50
- 117
“Kəpəz” “Neftçi” ilə kubok oyununa itkilərlə çıxacaq.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rauf Hüseynli cəzalı, Mahamadu Ba isə zədəli olduğundan görüşü buraxacaq.
“Neftçi” – “Kəpəz” matçına bu gün saat 19:30-da start veriləcək. İlk oyunda gəncəlilər 0:2 hesabıyla uduzublar.