Yeni mövsümdə də I Divizionda çıxış edəcək “Kəpəz”də maaş artımı olmayacaq.

Rekord.az xəbər verir ki, keçən mövsüm mövcud olan maaş cədvəli bu mövsüm üçün də keçərli olacaq.

Yəni ən çox maaş alan futbolçu 600-700 manata qol çəkəcək. Qalan futbolçular 150-500 manata oynayacaq. Mükafatlara gəlincə, rəhbərlik vacib oyunlar üçün mükafat nəzərdə tutub.