![photo](https://www.rekord.az/storage/uploads/4/kepez2-1.jpg)
"Kəpəz"də "Mərdanov müəmması"
- 13 İyl 2023 14:00
- 722
Ötən həftə "Kəpəz" rəsmən baş məşqçi və məşqçilər korpusu ilə bağlı məlumat paylaşdı.
Rekord.az xəbər verir ki, məlumat foto ilə paylaşılmışdı və fotoda yer alan, əlində "Kəpəz"in bayrağını tutan 6 məşqçi arasında Xaliq Mərdanov da var idi.
Çox maraqlıdır ki, ötən gün mətbuata açıqlama verən Mərdanov həqiqətən də "Kəpəz"in əsas komandasından təklif aldığını, lakin hələlik tam dəqiq qərar vermədiyini bildirib. Bu zaman ortaya sual çıxır: əgər adamın əsas komandanın məşqçilər korpusundakı təyinatı rəsmləşməyibsə, o zaman fotosu niyə çəkilib rəsmi xəbər kimi ictimaiyyətə təqdim olunur? Yox, əgər rəsmən təsdiqlənibsə, Mərdanov niyə hələ qərar vermədiyini açıqlayır?