"Kəpəz"də məşqçilərə iki yerdə işləmək qadağasını bu şəxsi qoyub
- 15:00
- 59
Bir müddət bundan öncə mətbuatda da yayıldığı kimi, "Kəpəz" Futbol Akademiyasında çalışan məşqçilərə iki yerdə işləmək qadağan edildi.
Rekord.az xəbər verir ki, iki yerdə işləyən məşqçilərə seçim tələbi qoyulub: ya "Kəpəz"də, ya da digər işində.
Buna görə də şəhərin "Təhsil" və UGİM məktəblərində də çalışan məşqçilər ordakı işlərindən məcbur əl üzməli oldu. Çoxları bu qərarı verdiyi üçün "Kəpəz"in rəhbəri İlqar Nadirini qınayır.
Lakin məşqçilər arasında bu tələbi klubun icraçı direktoru, eyni zamanda akademiyaya da rəhbərlik edək Cabir İbrahimov qoyub.