"Kəpəz"in müvəqqəti baş məşqçisi bəlli olub.

Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda əvəzedici heyətin baş məşqisi Xaliq Mərdanova tapşırılıb. O, kollektivi Premyer Liqanın 5-ci turunda "Sabah"la matça hazırlayacaq.

Mütəxəssis çempionat matçında da kollektivi meydana çıxaracaq.

Qeyd edək ki, "Kəpəz" ötən gün Adil Şükürovla yollarını ayırıb.