"Kəpəz"in düşərgəsindən növbəti xoşagəlməz məlumat əldə etmişik.

Rekord.az-a ötürülən məlumata görə, komandanın son zamanlar I Divizionda yaxşı nəticə göstərə bilməməsi, daha çox məğlubiyyət acısı dadması klubdaxili gərginliyi də artırıb.

Xüsusilə baş məşqçi Yaşar Vahabzadə bəzi futbolçuların çıxışından narazıdır. Hətta iş o həddə çatıb ki, baş məşqçidə bəzi futbolçularla bağlı şübhələr yaranıb. Gəncədəki mənbənin ötürdüyü məlumata görə, komandanın məğlub olduğu oyunların birindən sonra Vahabzadə futbolçulara xitabən "siz uduzub məni çıxartmaq istəyirsiniz, amma bilin ki, məni "Kəpəz"dən ancaq Elxan Məmmədov çıxarda bilər" ifadəsinui işlədib. 

Məsələyə münasibət öyrənmək üçün klubla da əlaqə saxladıq. "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumata belə reaksiya verdi: "Yaşar Vahabzadə peşəkar məşqçidir ve belə sözlər demez. Bir də ki, klubumuzda qərarları icraçı direktor verir, başqa bir yerdən nə tapşırıq gəlir ne də ki göstəriş. Belə məlumatlar klubdaxili ab-havani pozmağa hesablanib. Məşqçinin futbolçulara belə sözlər deməsi nə dərəcədə ağlabatandır? Onsuzda nəticə olmayan yerdə məşqçinin işindən ayrılması normaldı. Klub rəhbərliyi Yasar müəllimdən narazı deyil".