İlk turda evdə "Qəbələ-2"nin müqavimətini qıra bilməyən "Kəpəz"də yenə narazılıq baş qaldırıb.


Rekord.az xəbər verir ki, gəncəli azarkeşlər yenə baş məşqçi Yaşar Vahabzadədən narazıdır.


Yayda ciddi transferlər edən, heyətinə təcrübəli futbolçular qatan Gəncə təmsilçisinin son anda diviziona qatılan "Qəbələ"nin müqavimətini qıra bilməməsi narazılığın əsas səbəbidir. Azarkeşlər artıq Vahabzadəni "Kəpəz"də baş məşqçi görmək istəmir.