“Kəpəz” Premyer Liqanın 10-cu turunda qarşılaşacağı "Zirə" ilə oyuna itkilər ilə çıxacaq.

Rekord.az xəbər verir ki, üç futbolçu zədəyə görə bu matçı buraxacaq.

Legionerlərdən Olavale Onanuqa, yerli oyunçulardan Şakir Seyidov və Tural Rzayev meydana çıxa bilməyəcək.

Tovuzda baş tutacaq oyuna saat 15:00-da start veriləcək.