Premyer Liqada yerini qoruyan "Kəpəz"ə sponsor tapılmasa, yeni mövsümdə ciddi sıxıntı yaşanacaq.

Rekord.az-a daxil olan məlumata görə, bəzi aparıcı futbolçular klubdan ayrılmaq ərəfəsindədir.

Konkret olaraq, qapıçı İqor Rodriges, müdafiəşi Xvalko, yarımmüdafiəçi Papunaşvili və hücumçu Adama Nianeyə ciddi təkliflər var. Əgər klubda maddi durum düzəlməsə, adları çəkilən futbolçular böyük ehtimalla yayda Gəncə klubundan ayrılacaq.