"Kəpəz" klubu futbolçusu Elnur Cəfərovla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Cəfərov ötən mövsümün ikinci yarısını Gəncə təmsilçisinin əvəzedici komandasında keçirib.