![photo](https://www.rekord.az/storage/uploads/5/185638-sj0dmbay7b.jpg)
"Kəpəz"dən "Araz-Naxçıvan"la heç-heçə
- 20 İyl 2023 21:31
- 301
Yeni mövsümə Bakıda hazırlaşan "Kəpəz" bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi "Araz-Naxçıvan" ilə qarşılaşıb.
"Dalğa Arena"dakı görüş 1:1 hesabı ilə başa çatıb. Gəncə klubunda Mate Kvirkviya, Naxçıvan klubunda isə Orxan Əliyev fərqlənib.
Qeyd edək ki, "Araz-Naxçıvan" yeni mövsümdə ilk dəfə Premyer Liqada mübarizə aparacaq.
Xatırladaq ki, "Kəpəz" bunadək keçirdiyi yoxlama oyunlarında "Səbail"ə və "Zirə"yə uduzub - 1:2.