Futbol üzrə Azərbaycan Birinci Divizionunda 11-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

“Kəpəz” “Qaradağ Lökbatan”ı 3 cavabsız qolla məğlub edib. “Zaqatala” isə səfərdə “Sumqayıt″ın əvəzedicilərinə qalib gəlib. Son çempion MOİK isə “Səbail”in əvəzediilərinə uduzub.

Tura sabah keçiriləcək 2 qarşılaşma (Turan Tovuz – Qarabağ-2, Ağsu – Sabah-2) ilə yekun vurulacaq.

Bu tur “Neftçi-2” komandası istirahət edir.

Birinci Divizion
11-ci tur

21 noyabr

Kəpəz – Qaradağ Lökbatan 3:0
Qol: Elvin Nəsibov, 27; 87. Nodar Məmmədov, 72-pen.
Hakimlər: Nicat İsmayıllı, Səbuhi Soltanov, Elman Kərimov, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu.

MOİK– Səbail-2 0:1
Qol: Vidadi Cəfərov, 60.
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Elmin Süleymanov, Namiq Bəkirov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

Keşlə-2 – Zirə-2 0:2
Qol: Tapdıq Əhmədov, 33. Rauf Salamov, 39.
Hakimlər: Rövşən Rəcəbov, Teymur Teymurov, Ruslan Quliyev, İslam Məmmədov.
“AZAL Arena”.

Sumqayıt-2 – Zaqatala 1:3
Qol: Elnur Cəfərov, 34 – Bəhruz Teymurov, 46, Famil Camalov, 61. Maqsud Ələkbərov, 68.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança).