“Kəpəz” Bakı hazırlığı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, “sarı-göylər” “Keşlə-2” komandası ilə qarşılaşıb. 

Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Gəncə klubundan qolları ilk yarıda penaltidən Nodar Məmmədov, fasilədən sonra oyun vəziyyətlərindən Nicat Məmmədov, Əli Səmədov və Elvin Nəsibov vurub.