![photo](https://www.rekord.az/storage/uploads/5/1-433.jpg)
“Kəpəz”dən darmadağın
- 30 İyl 2023 21:32
- 374
Çempionata hazırlığı davam etdirən “Kəpəz” bu gün yoxlama oyununda əvəzedicilərlə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Gəncə şəhər stadionunun yardımçı meydançasında reallaşan matç Azər Məmmədovun yetirmələrinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Elnur Cəfərov və Bəxtiyar Həsənalızadə vurub.