Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Qarabağ” və “Sumqayıt”ın əvəzediciləri qarşılaşıb. Görüş qolsuz başa çatıb.

Günün digər matçında “Kəpəz” doğma meydanda “Keşlə″nin əvəzediciləri ilə üz-üzə gəlib. Gəncə təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Turun daha iki oyunu sabah baş tutacaq. 18-ci tur çərçivəsində keçirilməli olan “Sabah” və “Neftçi”nin əvəzediciləri arasındakı oyun isə aprelin 20-nə təxirə salınıb.

Birinci Divizion
18-ci tur

18 mart

Qarabağ-2 – Sumqayıt-2 0:0
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Tərlan Talıbzadə, Tural Qurbanov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00.

Kəpəz – Keşlə-2 3:1
Qol: Elcan Rəhimov, 31. Əli Səmədov, 57. Orxan Abdullayev, 90+3 – Bəşir Ayralov, 27.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu, 15:00

19 mart

Turan Tovuz – Zaqatala
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 14:00.

MOİK – Qaradağ Lökbatan
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Kərim Zeynalov, Rauf Allahverdiyev.
Binə qəsəbə stadionu, 15:00.