“Kəpəz” daha bir futbolçunu heyətinə qatıb.

Rekord.az xəbər verir ki, albaniyalı Redon Mihana "Kəpəz"ə keçib. 

25 yaşlı legionerlə 1+1 illik müqavilə bağlanıb. Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.