"Kəpəz" daha bir futbolçunu heyətinə qatıb.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi belaruslu müdafiəçi İqoXvalko ilə müqavilə bağlayıb.

Futbolçunun son klubu Belarusun "Arsenal" (Djerzinski) klubu olub. Daha öncə isə futbolçu vətənində "Nemana", "Lid", "Dnepr" kimi klublarda forma geyinib.