I Divizionda ikinci dövrəyə hazırlığını davam etdirən “Kəpəz” fasilə müddətində ilk yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı komanda klubun 17 yaşlılardan ibarət kollektivi ilə qarşılaşıb. 

Görüş 5:0 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb.